Libava poliqonunda baş verən partlayışın səbəbi açıqlanıb...

...Çexiya Müdafiə Nazirliyi Libau hərbi poliqonunda baş verən partlayışın səbəbini açıqlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri RİA Novosti yayıb.

İdarənin məlumatına görə, partlayış istehkamçıların planlaşdırılmış təlimi zamanı baş verib. Onlar həmçinin aydınlaşdırıblar ki, hərbi polis hadisənin hansı şəraitdə baş verdiyini araşdırır.

Eyni zamanda, Müdafiə Nazirliyi partlayanın hansı növ sursat olduğunu dəqiqləşdirməyib.

...Sursat planlı istehkamçı təlimi zamanı partlayıb.

Çexiya Hərbi İdarəsi bildirib.

...Bundan əvvəl Çexiyanın şərqindəki Libava poliqonunda döyüş sursatı partladılıb və nəticədə bir əsgər şəhid olub.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə