Ermənistan parlamentinin növbədənkənar sessiyası baş tutmayıb

Ermənistan parlamentinin iyunun 17-nə çağırılan növbədənkənar sessiyası baş tutmayıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, buna “Vətəndaş müqaviləsi” iqtidar partiyasından olan deputatların sessiyaya gəlməmələri səbəb olub.

Yerli mətbuatın yazdığına görə, növbədənkənar sessiyasının gündəliyinə baş nazir Nikol Paşinyanın və hökumətin istefası barədə məsələ daxil edilmişdi.

Qeyd olunur ki, hökumətin istefası təşəbbüsü ilə parlament müxalifəti çıxış edib.

Arxiyepiskop Baqrat Qalstyanın rəhbərlik etdiyi “Vətən naminə” hərəkatı parlamentin qarşısında izdihamlı mitinq keçirmək barədə qərar qəbul edib.

Bütün xəbərlər Facebook səhifəmizdə