Sankt-Peterburqun 5200-dən çox sakinini it tutub...

...Sankt-Peterburqda 2023-cü ildə 5245 nəfər it hücumundan əziyyət çəkib.

SİA-nın əldə etdiyi məlumata görə, Sankt-Peterburq telekanalı bunu Qanunvericilik Məclisinin üzvü Andrey Ryabokona istinadən xəbər verir.

Qeyd edilir ki, it hücumuna məruz qalanların 1177-si uşaqdır. Leninqrad vilayətində 523-ü uşaq olmaqla 1653 nəfər itlərin hücumuna məruz qalıb.

Rayon Baytarlıq İdarəsinə heyvanlara hücumla bağlı polisdən 130 fakt daxil olub.

Ryabokonun sözlərinə görə, o, artıq ekologiya və ətraf mühitin idarə edilməsi üzrə daimi komissiyanın iclasında bu problemin müzakirəsi təşəbbüsü ilə çıxış edib.

Tezliklə Rusiya Daxili İşlər Nazirliyinin şəhər və rayon üzrə Baş İdarəsinin rəisinə heyvanların saxlanması tələblərini yoxlamaq xahişi ilə müraciət etmək planlaşdırılır.

...Bundan əvvəl Sankt-Peterburq sakinlərini partlayışlara hazırlaşmağa çağırmışdılar.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə