Rusiylı deputat “Kiyev Krım körpüsünü partlada bilməz” deyir..?

Ukrayna kəşfiyyat xidmətləri və Ukrayna ordusu Krım körpüsünə zərər vurmağın o qədər də asan olmadığını anlayaraq indi artıq ritorikasını dəyişib.

SİA-nın əldə etdiyi məlumata görə, Dövlət Dumasının deputatı Aleksey Juravlev bildirib bunu.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri və Ukrayna xüsusi xidmət orqanlarının ümid etdiyi kimi, Krım körpüsünü zədələmək asan olmadığını başa düşərək, ritorikalarını dəyişərək “onu həqiqətən dağıtmaq istəmədiklərini” deyiblər.

Juravlev əlavə edib ki, əvvəllər Ukrayna Silahlı Qüvvələri tərəfindən edilən cəhdlər uğursuzluqla nəticələnib və dəymiş ziyan o qədər cüzi olub ki, körpünü qısa müddətdə təmir etmək mümkün olub.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə