Putin Qornini müdafiə nazirinin birinci müavini təyin edib

Deməli, şöbədə əsaslı dəyişikliklər olub...

Belə ki, Rusiya prezidenti Vladimir Putin Nikolay Pankov, Ruslan Tsalikov, Tatyana Şevtsova və Pavel Popovu müdafiə nazirinin müavini vəzifələrindən azad edib.

Onların yerinə Anna Tsivileva, Pavel Fradkov və Leonid Qornin təyin ediliblər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, sonuncu, yəni Leonid Qornin müdafiə nazirinin birinci müavini olacaq. Sənədlər rəsmi hüquqi informasiya portalında dərc olunub.

...Rusiyanın müdafiə naziri Andrey Belousov vəzifələrindən azad edilən Pankov, Tsalikov, Popov və Şevtsova ilə görüşüb və onlara məsuliyyətli işlərinə görə təşəkkür edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə