Kreml Putinin Şimali Koreyaya ilk səfərinin tarixlərini açıqlayıb

Kreml Vladimir Putinin Şimali Koreyaya səfərinin tarixini açıqlayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Rusiya Prezidenti iyunun 18-də Pxenyana gələcək. Səfər iki gün davam edəcək. Şimali Koreyadan sonra Putin Vyetnama gedəcək.

Vladimir Putinin Şimali Koreyaya hazırkı səfəri onun son 24 ildə ikinci səfəridir.

Xatırladaq ki, rusiyalı prezident Pxenyana ilk və yeganə dəfə 2000-ci ildə gəlib.

Həmən vaxt o, hazırkı dövlət başçısının atası Kim Çen İr ilə görüşüb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə