Netanyahu “Fövqəladə vəziyyət hökuməti”ni ləğv etdi

İsrailin baş naziri Benyamin Netanyahu 7 oktyabr 2023-cü ildə “Fövqəladə vəziyyət hökuməti” olaraq yaradılmış Müharibə Nazirlər Kabinetini ləğv etdi. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

İsrail mətbuatının məlumatına görə, Netanyahu bu bəyanatları həftəlik Nazirlər Şurasının iclasından sonra verib, Müharibə Nazirləri Kabinetinin üzvlərinə “kabinetin buraxıldığını” deyib: “Benni Qantsın (Benny Gantz) hazırkı Müharibə Nazirlər Kabinetindən ayrılmasından sonra yeni bənzər kabinet qurulmayacaq. Bu kabinet Qantsın tələbi ilə qurulmuşdu, istefasından sonra ehtiyac yoxdur”.

Netanyahu və müxalifətçi Qants 7 oktyabr 2023-cü ildə blokada altında olan Qəzza zolağına edilən hücumlardan 4 gün sonra "Fövqəladə hökumət" və onun altında ixtisar edilmiş Müharibə Nazirləri Kabineti yaratmaq barədə razılığa gəlmişdilər. Kabinetin üzvü Benni Qants iyunun 9-da, ondan sonra keçmiş Baş Qərargah rəisi Qadi Eisenkot da fövqəladə vəziyyət hökumətindən istefa verdiklərini açıqlamışdılar.

Bütün xəbərlər Facebook səhifəmizdə