Ermənistan referendum keçirəcək..?

Paşinyan Azərbaycanla ərazi mübadiləsinə icazə verib...

...Azərbaycanla ərazilərin mübadiləsinə dair razılıq əldə olunarsa, Ermənistan referendum keçirəcək.

Baş nazir Nikol Paşinyan ermənilərin Sünik (Zəngəzur-A.B.) sakinləri ilə görüşündə deyib.

SİA-nın əldə etdiyi məlumata görə, Sputnik Ermənistan radiosu xəbər verir ki, o, eyni zamanda vurğulayıb ki, hazırda yeni sərhədin formalaşdırılması məsələsi qaldırılmır.

...İndi biz Azərbaycanla yeni sərhəd formalaşdırmırıq, sovet dövrünün sərhədlərini bərpa edirik. Torpağın bir hissəsinin dəyişdirilməsi tələb olunarsa, o zaman hökumət belə məsələləri həll edə bilməz - referendum lazım olacaq. ...Paşinyan belə aydınlıq gətirib.

Siyasətçi istisna etməyib ki, İrəvan “burada 100 kvadratmetr icarəyə götürmək” təklifi ala bilər, lakin bunun müqabilində “orada” eyni miqdarda ərazi alacaq. Eyni zamanda, Paşinyan vətəndaşları əmin edib ki, hakimiyyət öz torpaqlarının “bir metrindən də” imtina etməyəcək.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə