ALPAR ilk dəfə xaricdə nümayiş etdiriləcək...

Türkiyənin ilk ağır sinif pilotsuz quru vasitəsi olan ALPAR xaricdə nümayiş etdiriləcək.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Türkiyə müdafiə sənayesinin qabaqcıl hərbi quru nəqliyyat vasitələri istehsalçılarından biri olan “Otokar” 17 iyunda Fransanın paytaxtı Parisdə başlayacaq Avropanın ən böyük və dünyanın aparıcı müdafiə sənayesi sərgilərindən biri olan “Eurosatory”də bir sıra məhsullarını nümayiş etdirəcək. Bu çərçivədə ağır sinif pilotsuz quru vasitəsi ALPAR ilk dəfə xaricdə təqdim olunacaq.

Qeyd edək ki, Türkiyənin ilk ağır dərəcəli quru nəqliyyat vasitəsi - ALPAR pilotsuz üçün nəzərdə tutulub. Maksimum yüklənmiş çəkisi 15 tondur və seriyalı hibrid elektrik ötürücü infrastrukturu ilə tamamilə səssiz işləyə bilir.

Bütün xəbərlər Facebook səhifəmizdə