Yüksək maaş, mənzil təklif etdi, amma işçisi yoxdur!

Türkiyənin Sivas bölgəsində 50 min lirə maaş, pulsuz mənzil imkanı təqdim edən işə işçi tapılmır. SİA xarici mətbuata istinadən xəbər verir ki, Sivasın Zara rayonunun Eymir kəndində vətəndaşlar nəinki işçi tapa bilmirlər, hətta bu vədlə aldadılırlar.

Əvvəllər kəndlərdə yaşayan və ümumiyyətlə ailə ənənəsi kimi keçən bu peşəyə bu gün gənc nəsillər tərəfindən üstünlük verilmir. Şəhərləşmə ənənəvi peşələrdən biri olan çobanlığa da təsir edib. Sivasın Zara rayonunun Eymir kəndində vətəndaşlar nəinki çoban tapa bilmir, hətta bu vədlə aldadılır.

Zara Əkinçilik Otağı Başçısı Zəki Şimşək: “Artıq çoban qalmayıb. Çobanlar həmişə kənardan gəlir. 50 - 60 min lirəyə razılaşdığımız çoban başqa yerdən 61 min lirəlik təklif alır və dərhal çıxıb gedir. Belə bir sistem qurdular. Dağda olsa belə, həmin an heyvanları tərk edir. Nazirliyimiz çoban qıtlığı ilə bağlı bir iş görməlidir. Gənclərimizə dəstək olmalıyıq. İnsanlar iki ilə yaxındır ki, ət ala bilmirlər. Niyə ala bilmir? Çünki istehsal yoxdur. İstehsalda ən mühüm problemlərdən biri çoban problemidir. Heyvandarlıq məhv olmaq həddinə çatıb" deyə o, danışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə