Türkiyədə, Arnavutköydə Tokatlı qəssab Doğan İçeloğlu heyvan kəsərkən sinəsinə dəyən və naməlum mənbədən gələn tək güllə ilə həyatını itirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, hadisə ötən gün səhər saatlarında Hacımaşlı rayonunda yerləşən vəqfə məxsus olduğu müəyyən edilən qurban kəsim məntəqəsində baş verib. Əldə edilən məlumata görə, 56 yaşlı Doğan İçeloğlu Qurban bayramı zamanı qəssab işləmək üçün Tokatdan Arnavutköyə gəlib. İçeloğlu qurban kəsərkən qəfil qan içində yerə yıxılıb.

Xəbərdarlıq üzərinə hadisə yerinə gələn sağlamlıq qrupları İçeloğlunu təcili yardımla xəstəxanaya aparıb. İçeloğlu edilən bütün müdaxilələrə baxmayaraq həyatını itirib. İlkin araşdırmalarda İçeloğlunun infarkt keçirərək kəsdiyi bıçağın üzərinə yıxılaraq yaralandığı və daha sonra öldüyü iddia edildi, lakin Ədliyyə Tibb Qurumunun apardığı müayinədə onun öldürüldüyü ortaya çıxıb. Onun cənazəsi Ədli Tibb Qurumunda aparılan yarılmanın ardından dəfn olunmaq üçün məmləkəti Tokata aparılıb.

56 yaşlı İçeloğlunun ölümü ilə bağlı araşdırma aparan polis İçeloğlunun sinəsinə dəyən yorğun güllə nəticəsində ölmüş ola biləcəyi ehtimalını nəzərdən keçirir.

Bütün xəbərlər Facebook səhifəmizdə