Forbes: “Ruslar Volçanskda kütləvi şəkildə təslim olurlar...”

Rusiya komandanlığı ötən həftə sonu kimya zavodunun qərbindəki qoşunlarına Ukrayna mövqelərini yarıb keçməyi əmr edib, amma...

...Əvvəla qeyd edək ki, SİA-nın da bir müddət əvvəl xəbər verdiyi kimi, Volçanskın mərkəzindəki kimya zavodunda Ukrayna əsgərləri tərəfindən tələyə salınan 400-ə qədər rusiyalı hərbçi hazırda xilas olmaq üçün “cabalayırlar”.

Bu arada Ukrayna Müdafiə Strategiyaları Mərkəzinin məlumatına görə, qurtulmaq üçün cəhdlərin uğursuz olduğunu görən rus əsgərləri “nicat yolunu təslim olmaqda” görürlər..?

Deyilənlərə görə, bu gün 30 rusiyalı əsgərin artıq könüllü olaraq təslim olduğu bildirilir.

Forbes-in məlumatına görə, təqribən bir həftə ərzində şiddətli döyüşlərdə bir neçə Ukrayna briqadasının bölmələri Rusiyanın Volçya çayının şimalındakı hücumunun qarşısını alıb.

Eyni zamanda, yüzlərlə piyada ilə ən azı iki batalyona bərabər olan rus qoşunları çayın sağ sahilindəki Volçansk Kimya Zavoduna hücum edib.

Görünür, Rusiyanın planı kimya zavodunu ələ keçirmək və oradan da Volçanskın cənubuna adlamaq üçün çayı keçmək imiş.

Amma,.. rusların bu hücumu uğursuz olub.

Əslində ruslar üçün bunu Ukraynanın 9-cu Atıcı Batalyonu uğursuz edib. Belə ki, onlar kimya zavodunun qərbinə hücum edərək şimala doğru bir neçə blok irəliləyərək, zavoddakı rusları qərbdəki yoldaşlarından ayrı salıblar.

...Rusiya komandanlığı ötən həftə sonu kimya zavodunun qərbindəki qoşunlarına Ukrayna mövqelərini yarıb keçməyi əmr edib.

Amma mühasirəyə alınmış Rusiya qoşunlarının mövqe keçmək üçün etdikləri iki cəhd Ukrayna müdafiə qüvvələri tərəfindən dəf edilib.

Deyim ki, bunu Ukrayna Müdafiə Strategiyaları Mərkəzi xəbər verir.

...Verilən məlumatlara görə, hazırda mühasirəyə alınan ruslar kütləvi şəkildə təslim olmağa başlayıblar.

...Qeyd edilməlidir ki, Rusiya və Ukrayna qoşunları müntəzəm olaraq bir-birini ələ keçirsələr də, onların total şəkildə təslim olması nadir hallarda baş verir.

Belə ki, təslim olmağın əksəriyyəti, bir qayda olaraq, böyük şəhərlərin mühasirəsi və xaotik tələsik geri çəkilmələr zamanı baş verir, amma indi...

SİA bunu Forbes-ə istinadən qeyd edir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə