Bayramın ikinci günündə baş verən yol qəzalarında 16 nəfər ölüb

Nazir Yerlikaya bayramın ilk iki günündə baş verən yol qəzalarında 16 nəfərin öldüyünü, 2716 nəfərin isə yaralandığını açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Yerlikaya deyib: "Xahiş edirəm, sürəti çox artırmayın. Nəqliyyat vasitələrimizdə və avtobuslarımızda təhlükəsizlik kəmərini taxmağı unutmayaq. Yol hərəkəti qaydalarına əməl edək".

Yerlikaya, Polis və Jandarma yol qruplarının aramsız olaraq yoxlamalarını davam etdirdiklərini söyləyib.

Yerlikaya dünən 726 yol qəzası baş verdiyini açıqladı. Qəzalarda 11 nəfər ölüb, 1295 nəfər xəsarət alıb.

289 min 700 avtomobilin yoxlanıldığını açıqlayan Yerlikaya, 18 min 889 vasitəyə sürət və radar prosedurlarının tətbiq edildiyini, 17 min 227 vasitədə isə yol əməliyyatlarının aparıldığını açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə