Qəbiristanlıqda kədərli bayram

Fevral zəlzələsində həyatını itirənlərin yaxınları Qurban bayramının ilk günü qəbiristanlıqlara ilk ziyarətlərini ediblər. SİA xarici mətbuata istinadən xəbər verir ki, Kahramanmaraş mərkəzli zəlzələdə 25 minə yaxın insanın həyatını itirdiyi Hatayda zəlzələdən zərər çəkən vətəndaşlar Qurban bayramının ilk günündə itirdikləri yaxınlarını ziyarət ediblər. Övladlarının və nəvələrinin məzarları başında göz yaşı tökən zəlzələdən sağ çıxan Kader Ayvaş “Bayram bizim üçün gəlmədi. Bir oğlum oldu, onu da, nəvələrimi də itirdim. Çox çətindir". Atasının və bacısı oğullarının məzarını ziyarət edən Özkan Seyyar: “Bizim bayramımız yoxdur. Bizim bayramımız zəlzələdən sonra bitdi".

Fevralın 6-da Hatayda baş verən zəlzələdə dağılan mənzilində həyat yoldaşı və 3 uşağını itirən jurnalist Mahmut Şan dağıntılar altından xilas etdiyi 4 uşağı ilə həyata tutundu. Şan bayram səhəri üç qızı ilə zəlzələdə itirdiyi yaxınlarının məzarını ziyarət edib. "Zəlzələdən sonra indi bütün bayramlar kədərlidir" - deyə o, əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə