Qaçan öküz binanın damına çıxdı

Konyanın Kadınhanı rayonunda sahiblərindən qaçan qurbanlıq öküz əvvəlcə tövlənin damına, daha sonra bitişik evin damına çıxıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, daha sonra tövlənin damından atılaraq qaçmağa davam edən öküz sahibləri tərəfindən çətinliklə yaxalanıb, həmin anlar mobil telefon kamerasına düşüb.

Sahibləri evi mühasirəyə alaraq onu tutmaq istəyiblər. Öküz damın o biri başına keçərək yenidən tövləyə girib.

Onu tutmaq istəyəndə öküz tövlədən atılaraq qaçmağa davam edib. Təqib etməyə davam edib və bir müddət sonra öküzü tuta biliblər.

Bu anlar mobil telefonla lentə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə