Peruda 6 bal gücündə zəlzələ baş verib

Cənubi Amerika ölkəsi Peruda 6 bal gücündə zəlzələ baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, zəlzələdən sonra insan itkisinin olmadığı bildirilib.

ABŞ Geoloji Xidməti (USGS) episentri Perunun Arekipa bölgəsindəki Karaveli şəhəri olan 6 bal gücündə zəlzələnin yerin 19 kilometr dərinliyində baş verdiyini bildirib.

Səlahiyyətlilər tərəfindən verilən açıqlamada, zəlzələdən sonra Panamericana magistralının bəzi hissələrində sürüşmənin olduğu bildirilib.

Caraveli Bələdiyyə Başçısı Roberto Riveros RPP radiosuna verdiyi açıqlamada Atico bölgəsini Caraveli ilə birləşdirən magistral yola qaya parçalarının düşdüyünü və tikinti texnikasının əraziyə doğru hərəkət etdiyini açıqlayıb.

Milli Fövqəladə Əməliyyatlar Mərkəzi sosial media hesabından verdiyi açıqlamada zəlzələnin bir təhsil müəssisəsinə ziyan verdiyini, lakin can və mal itkisinin olmadığı qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə