Koloradoda təyyarə qəzası olub

ABŞ-nin Kolorado ştatında təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ağır yaralanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, kiçik ikimühərrikli “Tecnam P2006T” təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər xəsarət alıb.

Təcili yardım xidmətləri gələnə qədər yaralılar özləri təyyarədən çıxa biliblər. Daha sonra yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə Federal Aviasiya Administrasiyası və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası tərəfindən araşdırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə