Bayden seçki kampaniyası üçün "rekord" məbləğ topladı

…ABŞ prezidenti Cozef Bayden yenidən seçki kampaniyası üçün Los-Ancelesdə 28 milyon dollar toplayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Hromadske.ua” yazır.

Deməli, iyunun 15-də Bayden İsveçrədəki Qlobal Sülh Sammitini atlayaraq İtaliyadakı G7 sammitindən Los-Ancelesə gəlib.

ABŞ-ın keçmiş prezidenti Barak Obama, həmçinin aktyorlar Corc Kluni və Culiya Roberts öz kampaniyası üçün Kaliforniyada keçirilən ianə aksiyasında iştirak edirlər.

Etiraf edilməlidir ki, bu pul yığımı Demokrat Partiyasının tarixində ən böyük ianə toplantısı olub. Belə ki, toplanan 26 milyon dollar Baydenin əvvəlki kampaniyasındakı rekordunu geridə qoyub.

…Baydenin seçki kampaniyasının maliyyə rəhbəri Rufus Gifford, "Qərbi Sahildə oxşar bir şey yaratmağı" hədəfləyərkən Nyu Yorkdakı uğuru artırmaq istədiklərini söyləyib.

Onun dediyinə görə, insanlar həyəcanlıdır və biz öz gözləntilərimizi üstələyə bildik.

Qeyd edək ki, Bayden ilin əvvəlində 70 milyon dollar pul qazansa da, lakin Donald Tramp respublikaçı donorları cəlb edərək, onu qabaqlayır..?.

Bu arada Tramp deyir ki, o, cinayət məsuliyyətinə cəlb edilməsindən sonra pul yığımında artım görüb, onun tərəfdarları bunun “siyasi motivli” olduğunu deyirlər.

Sorğuya görə, Tramp Bayden üzərində 1,1 faiz milli üstünlüklə yanaşı, seçkinin nəticələrini müəyyən edəcək ştatlarda üstünlüyə malikdir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə