Vatikan Ukrayna ilə bağlı sammit bəyannaməsini imzalamayıb

...Vatikanın Müqəddəs Taxt-Tacı müşahidəçi statusuna uyğun olaraq İsveçrədə Ukrayna ilə bağlı sammitin bəyannaməsini imzalamayıb.

SİA-nın əldə etdiyi məlumata görə, RİA Novosti bu barədə Vatikanın mətbuat xidmətinə istinadən xəbər verir.

...Agentliyin həmsöhbətinin dediyinə görə, Müqəddəs Taxt-Tac “müşahidəçi statusuna uyğun gələn yekun bəyannamələri imzalamır”.

Bir daha xatırladaq ki, iyunun 15-16-da İsveçrənin Bürgenstok şəhərində müxtəlif ölkələrdən və beynəlxalq təşkilatlardan 101 nümayəndə heyətinin iştirakı ilə Ukrayna üzrə “Sülh Sammiti” keçirilib.

Rusiya konfransa dəvət olunmayıb.

Yekun kommünike 84 nümayəndə - 80 ölkə və 4 təşkilat tərəfindən imzalanıb.

Qəbul edilmiş sənədə görə, sülhə nail olmaq üçün hər iki tərəf arasında dialoq lazımdır və onlar yazılı müddəaları müzakirə etməlidirlər.

Onlara Ukraynanın bütün atom elektrik stansiyalarının Kiyevin nəzarəti və MAQATE-nin nəzarəti altında işləməli olduğunu bildirən bəndlər daxildir.

Həmçinin, Ukrayna tərəfi Qara və Azov dənizlərindəki limanlarına çıxış əldə etməli eləcə də kənd təsərrüfatı məhsullarını məhdudiyyətsiz üçüncü ölkələrə çatdıra bilməlidir.

Digər şərt isə bütün hərbi əsirlərin dəyişdirilməsi və Rusiyaya aparılan ukraynalı uşaqların evlərinə qaytarılmasıdır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə