Rusiya müvafiq beynəlxalq təşkilatlardan, ilk növbədə YUNESKO-dan Donetsk Xalq Respublikasında News.ru-nun müharibə müxbiri Nikita Tsitsaqanın qətlini dərhal pisləməyi tələb edir.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Onun şərhi departamentin saytında dərc olunub.

Zaxarova bildirib ki, Rusiya tərəfi müvafiq beynəlxalq təşkilatlardan və strukturlardan, ilk növbədə, jurnalistlərin hücumları və qətli hallarına cavab vermək üçün birbaşa məsuliyyət daşıyan YUNESKO-nun baş direktorundan bu “soyuqqanlı cinayəti” dərhal, qətiyyətlə pisləməyi tələb edir. Bundan əvvəl Donetsk Xalq Respublikasının rəhbəri Denis Puşilin jurnalist Nikita Tsitsaqinin Müqəddəs Nikolay monastırının yaxınlığında dünyasını dəyişdiyini bildirmişdi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə