Atasını parçalayan Sankt-Peterburqlu xəstəxanada ölüb...

...Sankt-Peterburqda öz atasını öldürüb parçalamaqda şübhəli bilinən şəxs Aleksandr adına xəstəxanada ölüb. O, həbs olunarkən aldığı güllə yarası ilə xəstəxanaya aparılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Rusiya İstintaq Komitəsinin regional idarəsi bildirib.

Hazırda onun ölüm şəraiti və səbəbləri müəyyənləşdirilir. Məhkəmə-tibbi ekspertizası təyin edilib. Xatırladaq ki, fövqəladə hadisə Sankt-Peterburqun Nevski rayonundakı Badaev küçəsində baş verib.

Cinayətkar, 44 yaşlı yerli sakin əvvəlcə 73 yaşlı təqaüdçüyə, daha sonra təcili yardım həkimi və polis əməkdaşlarına hücum edib.

Əməliyyatçılar tərəfindən ayağından yaralanan şübhəli xəstəxanaya yerləşdirilib.

Onun mənzilində axtarış zamanı hissələrə bölünmüş kişi meyiti tapılıb.

Məlum olub ki, meyit onun atasına məxsusdur. Müstəntiqlərin fikrincə, kişi valideynlərini öldürüb, sonra isə meyiti parçalara ayırıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə