Gürcüstanda bir gündə 3 zəlzələ baş verib

İyunun 16-da Gürcüstanın qərbində 3 zəlzələ baş verib.

SİA xəbər verir ki, bu barədə Gürcüstan Milli Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilir ki, iyunun 16-da günün birinci yarısında Oni bələdiyyəsinin ərazisində 3,8 maqnitudalı zəlzələ qeydə alınıb.

İkinci zəlzələ də Oni şəhərinin yaxınlığındakı Tsxmori kəndində 4,4 maqnitudalı olub.

Üçüncü zəlzələ isə Oni şəhəri yaxınlığındakı Badjixevi kəndində olub. Burada yeraltı təkanların gücü 4 bal təşkil edib.

Dağıntı və tələfat barədə məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə