İsveçrə XİN Ukrayna ilə bağlı sammitdən sonra Rusiya ilə danışıqlar aparacaq

...İsveçrənin xarici işlər naziri İqnazio Kassis Bürgenstok konfransından sonra Rusiya ilə müzakirələr aparacağını bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS yazır.

...Onun sözlərinə görə, Bern Moskva ilə müntəzəm əlaqə saxlayır və İsveçrənin Moskvadakı səfiri dialoqa açıqdır. Kassis əlavə edib ki, İsveçrə Xarici İşlər Nazirliyi ilə iki həftədən bir əlaqə saxlayır və konfransdan sonra Rusiya ilə müzakirələr aparacaq.

Lakin o, hələ ki, heç bir təfərrüat verməyib.

Daha əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov demişdi ki, Putin Ukrayna ilə danışıqların mümkünlüyünü rədd etmir, lakin onların nəticələrinin qanuni şəkildə qeydə alınması lazımdır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə