Sammitin bəyannaməsini neçə ölkənin imzalamadığı məlum olub

...Ukrayna üzrə sammitdə 101 nümayəndə heyəti iştirak edib, lakin yekun sənədi cəmi 84 (80 ölkə və 4 təşkilat) imzalayıb. SİA xəbər verir ki, bu barədə İsveçrənin “Neue Zürcher Zeitung” qəzeti “Kommersant”ın verdiyi çıxarışlarla bağlı yazıb.

Qeyd olunur ki, Ermənistan, Slovakiya, Cənubi Afrika Respublikası, Hindistan və Vatikan sənədi təsdiqləməkdən imtina ediblər.

Eyni zamanda, bəyannaməni Almaniya, ABŞ, Fransa, Böyük Britaniya, İspaniya, Argentina, Qətər və Moldova, həmçinin Türkiyə, Serbiya və Macarıstan imzalayıb.

Avropa Şurası, Avropa Parlamenti və Avropa Komissiyasının nümayəndələri də bəyannaməni imzalayıblar. Yekun bəyannamənin dəqiq məzmunu açıqlanmayıb. Əvvəllər kommünikenin yalnız bəzi bəndləri məlum idi. Onlar Reuters tərəfindən dərc edilib.

Xatırladaq ki, İsveçrənin Bürgenstok şəhərində keçirilən sammit iyunun 15-dən 16-dək keçirilir.

Rusiya tədbirə dəvət olunmayıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə