Texasda tədbir zamanı atışmada 2 nəfər ölüb

ABŞ-ın Texas ştatının Raund Rok şəhərində 2 nəfərin ölümü ilə nəticələnən atışma baş verib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, hadisə “Old Settlers” parkında Köləliyin Ləğvi Gününə ("Juneteenth") həsr olunmuş mərasimdə qeydə alınıb. Tədbir zamanı iki qrup arasında mübahisə yaranıb və iştirakçılardan biri kütləyə atəş açıb. Hadisə zamanı 2 nəfər ölüb. İlkin məlumatda ikisi azyaşlı olmaqla 6 nəfərin xəsarət aldığı bildirilir. Polis şübhəli şəxslərin kimliyini araşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə