Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken Qurban bayramı münasibəti ilə dünya müsəlmanlarını təbrik edib.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, o bildirib ki, bu il Qurban bayramı bir çox müsəlmanın dərin ağrılar yaşadığı bir vaxta təsadüf edir. “Düşüncələrimiz təqib və münaqişənin fəsadları ilə üzləşənlər, o cümlədən nifrətdən qaynaqlanan zorakılıq və islamofobiyanın digər formalarının artmasını hiss edənlərin yanındadır”,- deyə A.Blinkenin açıqlamasında qeyd olunub.
ABŞ rəsmisi bildirib ki, ölkəsi müsəlman amerikalıların və çoxsaylı müsəlman icmaların daha yaxşı bir dünya qurulmasına verdiyi töhfələrdən xəbərdardır.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB