Zelenski Rusiya ilə danışıqlara başlamağa hazır olduğunu açıqlayıb

Amma bir şərtlə...

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya Ukraynanın “ərazi bütövlüyünə hörmət” edəcəyi təqdirdə dərhal onunla danışıqlara başlamağa hazır olduğunu bəyan edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Zelenski İsveçrədə keçirilən sammitdə deyib ki, ...Rusiya ərazilərimizi tərk etsə, sabah da bizimlə danışıqlara başlaya bilər.

O əlavə edib ki, Moskva ikinci “sülh sammitində” iştirak etməklə sülh danışıqlarına hazır olduğunu təsdiq edəcək. Zelenski deyib ki, o, bunu öz istəyi ilə edir, yoxsa dünya ictimaiyyəti onu “məcbur edir”.

Günün əvvəli Kiyev rejiminin rəhbəri Ukrayna üzrə növbəti sammitə hazırlığın “illər deyil, aylar” alacağını bildirib. O qeyd edib ki, uzunmüddətli işə vaxt yoxdur və sülh yolunda tez hərəkət etmək lazımdır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə