İsveçrədə keçirilən sammitdə yekun bəyannamə qəbul edilib

Rusiyasız olmayacaq..?

İsveçrədəki konfrans iştirakçıları birbaşa Rusiyanın adını çəkmədən etiraf etdilər ki, Moskvanın iştirakı olmadan hər hansı sülh sammitləri mənasızdır.

...Biz inanırıq ki, sülhə nail olmaq üçün bütün tərəflər arasında qarşılıqlı əlaqə və dialoq lazımdır, ona görə də biz gələcəkdə bütün tərəflərin nümayəndələrinin iştirakı ilə yuxarıda qeyd olunan sahələrdə konkret tədbirlər görməyə qərar verdik.

SİA-nın əldə etdiyi məlumata görə, bu İsveçrədə Ukrayna üzrə konfransın yekun kommünikesində bəyan edilib.

Onun üzvləri həmçinin hesab edirlər ki, nüvə enerjisindən və nüvə qurğularından istənilən istifadə təhlükəsiz, etibarlı və ekoloji cəhətdən təmiz olmalıdır.

Ukraynanın atom elektrik stansiyaları və qurğuları, o cümlədən Zaporojye AES-i Ukraynanın tam suveren nəzarəti altında və MAQATE-nin prinsiplərinə eləcə də nəzarətinə uyğun olaraq təhlükəsiz, etibarlı şəkildə işləməlidir.

Bütün hərbi əsirlər tam mübadilə yolu ilə azad edilməli və bütün dövlətlərin ərazi bütövlüyünə, suverenliyinə hörmət prinsiplərini özündə əks etdirən BMT Nizamnaməsi Ukraynada hərtərəfli, ədalətli və davamlı sülhə nail olmaq üçün əsas rolunu oynamalıdır.

Deməli, bu da sənəddə deyilir.

SİA bir daha təkrar edir: iyunun 14-də Vladimir Putin Ukraynada sülh yolu ilə nizamlanma planını təklif edib. Xüsusilə, Kiyev öz qoşunlarını Rusiyanın yeni regionlarının ərazisindən çıxarmalı, NATO-ya daxil olmaq planlarından əl çəkməli, onun bloklara qoşulmamaq və nüvə silahından azad statusunu tanımalıdır.

...İyunun 15-də İsveçrənin Bürgenstok şəhərində Ukrayna üzrə sülh konfransı açılıb. Rusiya tərəfi sammitdə iştirak etməyib. Moskvanın strateji tərəfdaşı Çin də İsveçrəyə getməkdən imtina edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə