Bu “terrorizmin birbaşa sponsorluğu” kimi qəbul edilir...

Dövlət Dumasının deputatı Zelenskinin Ukraynaya "F-16"-ların tədarükü ilə bağlı sözlərinə cavab verib

...Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin üzvü, Dövlət Dumasının Krım Respublikasından olan deputatı Mixail Şeremet Vladimir Zelenskinin yaxın gələcəkdə Danimarka “F-16” təyyarələrinin Ukraynaya tədarükü ilə bağlı sözlərinə münasibət bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, onun sözləri TASS xəbər verir.

Şeremet qeyd edib ki, Kiyevə hər hansı silah tədarükü Rusiya tərəfindən “terrorizmin birbaşa sponsorluğu” kimi qəbul edilir.

...“F-16”-lar ötürülmə mərhələsində onların zərərsizləşdirilməsi üçün prioritet hədəfə çevriləcək, həmçinin yeni yerləşdirmə bazalarının məhv edilməsi üçün əsas olacaq”.

Dövlət Dumasının deputatı vurğulayıb bunu.

Bundan əvvəl Zelenski Danimarkanın baş naziri Mette Frederiksen ilə görüşündən sonra “yaxın gələcəkdə” Ukraynaya Danimarka “F-16”-ların tədarük ediləcəyini açıqlamışdı.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə