Ağ Ev Putinin sülh təşəbbüsünü şərh edib

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib ki, Rusiya prezidenti Vladimir Putinin Ukrayna böhranının həlli üçün təklif etdiyi sülh təşəbbüsü... “sağlam düşüncəyə ziddir”.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu deyən Sallivan, heç bir tutarlı dəlillər gətirməyib.

O, Rusiya liderinin təklifinə İsveçrədə Ukrayna ilə bağlı keçirilən konfransda cavab verib.

...Heç bir məsul ölkə deyə bilməz ki, bu, sülh üçün ağlabatan əsasdır. Bu, BMT Nizamnaməsinə ziddir, bu elementar əxlaqa, elementar sağlam düşüncəyə ziddir.

Ruslara görə, amerikalı siyasətçi Rusiya prezidentinin təşəbbüsünü tənqid edərkən “işğal” və “Ukraynanın suveren ərazisi” ilə bağlı Kiyev rəvayətlərindən istifadə edib.

Eyni zamanda o, Krımın, eləcə də DXR, LXR, Xerson və Zaporojye vilayətlərinin xalq referendumunun nəticələrinə görə Rusiya Federasiyasının tərkibinə daxil olması faktına məhəl qoymayıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə