GUAM ölkələri nəqliyyat kommunikasiyaları sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər

GUAM-ın ticarət və nəqliyyatın tənzimlənməsi layihəsinin rəhbər Komitəsinin 37-ci onlayn formatda iclası keçirilib. SİA xəbər verir ki, tərəflər 2024-cü ildə GUAM-a üzv dövlətlərdə gömrük sektorunda aparılan islahatları müzakirə ediblər.

İclasda həmçinin nəqliyyat kommunikasiyaları sahəsində əməkdaşlığın gücləndirilməsi və GUAM Nəqliyyat Dəhlizi layihəsinin həyata keçirilməsi üçün konkret addımların atılması, o cümlədən xarici tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi də müzakirə olunub.

Bu sahədə birgə layihələrin qiymətləndirilməsi qərara alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə