ABŞ üçüncü dünya müharibəsi riskindən xilas olmalıdır - Tramp

“Amerika Birləşmiş Ştatları yeni qlobal silahlı münaqişəyə cəlb olunmaq riski daşıyır”. SİA xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş prezidenti Donald Tramp Miçiqan ştatının Detroit şəhərində bildirib.

“Bizim etməli olduğumuz ən vacib şey ölkəmizi xilas etməkdir, çünki ABŞ problem içindədir. Üçüncü dünya müharibəsinin real ehtimalı var”, - deyə o bildirib.

Bundan əvvəl Tramp “Impaulsive” “YouTube” kanalına müsahibəsində bildirmişdir ki, 2016-cı ildə seçkilərdə keçmiş dövlət katibi Hillari Klinton qalib gəlsəydi, ABŞ KXDR ilə nüvə münaqişəsinə cəlb olunacaqdı.

Bütün xəbərlər Facebook səhifəmizdə