Qazaxıstan Almaniyaya bir milyon tondan çox neft tədarük edəcək

Qazaxıstan Almaniyaya bir milyon tondan çox neft tədarük edəcək.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu ilin ilk beş ayında bu ölkədən Almaniyaya təxminən 500 min ton neft göndərilib.

Bildirilir ki, iyun ayının 14-də “KazMunayGaz”ın idarə heyətinin sədri Asxat Xasenov Astanada “Karachaganak Petroleum Operating B.V.” şirkətinin baş direktoru Marko Marsili ilə görüşüb.

Tərəflər Qazaxıstan karbohidrogenlərinə Qərbi Avropada artan tələbat fonunda “Karachaganak” yatağından çıxarılan neftin ixracını müzakirə ediblər.

Qeyd olunub ki, 2023-cü ildə “Karachaganak” yatağından çıxarılan təxminən 1 milyon ton neft ilk dəfə “KazTransOil” və “Transneft” nəqliyyat sistemləri vasitəsilə Almaniyaya çatdırılıb.

Qazaxıstanın şimal-qərbində yerləşən “Karachaganak” yatağı 1979-cu ildə kəşf edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə