"Təcavüzkar atəşkəsin şərtlərini diktə edə bilməz..!"

Borrell bunu Putinin ultimatumu ilə bağlı deyib

Avropa İttifaqının Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Putinin “sülh planı” adlanan planını rədd edərək, əslində onun sülhdə maraqlı olmadığını xatırladıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Borrell X (Twitter) səhifəsində yazıb.

Avropa İttifaqının baş diplomatı qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı təcavüzü “sülhdə real marağı nümayiş etdirmir”.

...Putinin qəbuledilməz tələbləri Rusiyanı yenidən silahlandırarkən və uzun müharibəyə hazırlaşarkən işğalı qanuniləşdirmək eləcə də sülh səylərini sarsıtmaq məqsədi daşıyır. Təcavüzkar atəşkəsin şərtlərini diktə edə bilməz.

Bunu deyən Borrell xatırladıb ki, sülh üçün şərtlər BMT Nizamnaməsində və Baş Assambleyanın 141 ölkə tərəfindən dəstəklənən “Ukraynada hərtərəfli, ədalətli və davamlı sülh haqqında” qətnaməsində göstərilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə