Svitan: “Ruslar mühasirəyə alınıb...”

Hazırda onlar “atəş qazanına” düşüblər..?

Rus qoşunları Xarkov istiqamətində “atəş qazanına” düşüblər. Belə ki, onlar Volçanskda Aqreqat Zavodunda mühasirəyə alınıblar,

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin hərbi eksperti, təlimatçı pilot və ehtiyatda olan polkovnik Roman Svitan bildirib.

Deməli, ukraynalı hərbçinin dediyinə görə, rusların zavodda mühasirəyə alınması onları döyüş sursatı təchizatından məhrum edib.

Ukraynalı döyüşçülər başa düşdülər ki, bu nöqtələri kəsə bilərlər - rusların bu zavoda çata biləcəyi yalnız bir neçə xətt var idi.

Belə ki, onlar içəri girsələr də, amma indi çıxa bilmirlər, çünki artilleriya atəşi və pilotsuz təyyarələrin “divarı”nın altına düşürlər.

Və məhz bu “divar” üzündən özlərinki də onlara yaxınlaşa bilmirlər.

Qeyd etdiyimiz kimi, bunları Roman Svitan qeyd edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə