Hindistan T-90 tanklarında rus elektronikasından imtina edib…

Hazırda Hindistanın özü bu tankları lisenziya əsasında istehsal edir…

...Hindistan Rusiyanın “silah iynəsindən” qurtulmağa davam edir. Ölkə Rusiyadan lisenziya aldığı T-90 tanklarının modernləşdirilmiş variantının istehsalına başlayıb. İngilis dilli “Janes” hərbi portalının məlumatına görə, Hindistanın müdafiə sənayesi artıq ilk 10 ədəd T-90 Mk-III tankını qoşunlara təhvil verib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Rusiya ilə lisenziya müqaviləsi 2019-cu ildə bağlanıb. Buna əsasən, Hindistan sənayesi 464 ədəd yeni T-90 Mk-III tankı istehsal edərək qoşunlara tədarük edəcək.

Hindistan rəsmilərinin sözlərinə görə, T-90-ın ​​bu versiyası "yeni" avtomatik hədəf izləmə sistemi, rəqəmsal ballistik kompüter və nişan alma sistemləri alacaq.

O, həmçinin Hindistan Müdafiə Araşdırma və İnkişaf Təşkilatı və Bharat Electronics Limited tərəfindən birgə hazırlanmış orta dalğalı infraqırmızı komanda nişangahı ilə təchiz edilib.

İddia edilir ki, T-90-ın ​​Hindistan versiyası guya gündüz və gecə 8 kilometrə qədər məsafədə hədəfləri aşkar edə bilir; baxmayaraq ki, ona inteqrasiya olunmuş lazer məsafəölçən yalnız 5 kilometrə qədər hədəf aşkarlama diapazonuna malikdir.

…Qalan 454 planlaşdırılmış T-90 Mk-III Hindistan sənayesi tərəfindən növbəti 5 il ərzində istehsal edilməlidir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə