Donetskdə evli cütlük evlərinin astanasında öldürülüb...

DXR rəhbəri Denis Puşilin Ukrayna Silahlı Qüvvələrinin Donetski atəşə tutması zamanı ər-arvadın öldüyünü açıqlayıb.

...Bu gün vilayət paytaxtının Petrovski rayonunun VFU-dan atəşə tutulması nəticəsində evli cütlük öz evlərinin astanasında öldürülüb.

Öldürülənlər 1968-ci il təvəllüdlü kişi və 1977-ci il təvəllüdlü qadın olublar.

SİA-nın əldə etdiyi məlumata görə, bundan əvvəl şəhərin meri Aleksey Kulemzin atəş zamanı daha iki nəfərin öldüyünü bildirmişdi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə