Ursula fon der Leyen İsveçrədə keçirilən konfransda çıxış edib

...Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen İsveçrədə keçirilən Ukrayna konfransında deyib ki, “beynəlxalq ictimaiyyət” Ukraynada sülh üçün qüvvələri birləşdirməli və “çətinliklərdən qorxmamalıdır”.

SİA bu barədə RİA Novosti-yə istinadən yazır.

...Biz beynəlxalq ictimaiyyət Ukraynanı dəstəkləmək üçün birləşməliyik.

Bunu Avropa Komissiyasının rəhbəri bildirib.

Onun sözlərinə görə, tarix öyrədir ki, sülhə can atmaq çətinliklərlə gəlir. Lakin “BMT İkinci Dünya Müharibəsinin küllərindən doğuldu”.

Von der Leyen beynəlxalq sülh və təhlükəsizlik üçün “bir daha ümid işığı yandırmağa” çağırıb.

Qeyd edək ki, Zelenskinin təşəbbüsü ilə iyunun 15-16-da İsveçrədə Ukrayna böhranı ilə bağlı konfrans keçirilir. Tədbir Luzern şəhəri yaxınlığında, Bürgenstock kurortunda baş verir. Rusiya forumda iştirak etmir.

Bundan əlavə, dünyanın aparıcı dövlətlərinin başçıları da tədbirə gəlməyiblər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə