Saratovda yeraltı qaz anbarı yanır...

...Şənbə günü, iyunun 15-də Rusiyanın Saratov şəhərində genişmiqyaslı yanğın baş verib, ehtimal ki, qaz anbarı yanır. Bu barədə Rusiyanın Mash Telegram kanalı məlumat yayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, yanğın bir neçə kilometr uzaqdan görünür.

Mənbələrin verdiyi məlumata görə, qaz anbarı yerin altında yerləşir.

Yanğına səbəb qaz sızması ehtimal olunur.

Rusiya ictimaiyyətindən verilən məlumata görə, mayın 16-da yanğın baş verən anbarın yaxınlıqdakı sənaye parkı ərazisi tikililərin abadlaşdırılması və ağacların qalıqlarından təmizlənməsi işləri görülüb.

Həmən ərəfədə işçilər qaz qoxusu duyduqlarını bildiriblər. Amma buna elə də önəm verilməyib...

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə