100-ə yaxın miqrant sərhədə hücum edib

Belarus-Polşa sərhədində qanunsuz şəxslər təcili yardım maşınına hücum ediblər

...Polşa-Belarus sərhədində Belarus ərazisindən gələn naməlum şəxslər Polşaya məxsus təcili yardım maşınına ağır əşya atıblar.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Polşa Silahlı Qüvvələrinin Baş Qərargahı yazır.

Hadisə Dubiçi-Tserkevnıye kəndi yaxınlığında baş verib. Ciddi zərər çəkənlərin olmadığı deyilir.

Polşa Sərhəd Xidməti bildirib ki, son iki gündə 100 nəfər Belarus və Polşa sərhədini qanunsuz keçməyə cəhd ediblər. Üç miqrantın tibbi yardıma ehtiyacı olub.

Belarus ərazisindən Polşa sərhədçilərinə daş və ağac budaqları atılıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə