Kreml Putinin sülh təşəbbüslərinə Qərbin reaksiyasını qiymətləndirib

...Moskvanın İsveçrədəki konfrans iştirakçılarına deyəcək sözü yoxdur..?

Bu arada prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putinin danışıqların aparılması təklifi İsveçrədəki sammit iştirakçıları tərəfindən çoxlu rəsmi reaksiya alır, lakin bu, konstruktiv deyil.

SİA-nın əldə etdiyi məlumata görə, bunu TASS xəbər verir.

Peskov həmçinin qeyd edib ki, Moskvanın İsveçrədəki görüşün iştirakçılarına deyəcək sözü yoxdur.

...Rusiya ümid edir ki, növbəti dəfə Ukraynadakı vəziyyət İsveçrə sammitindən daha konstruktiv tədbirdə müzakirə olunacaq.

Bunu da Kremlin sözçüsü əlavə edib.

Qeyd edək ki, iyunun 14-də Vladimir Putin Ukraynada sülh yolu ilə nizamlanma planını təklif edib. Xüsusilə, Kiyev öz qoşunlarını Rusiyanın yeni regionlarının ərazisindən çıxarmalı, NATO-ya daxil olmaq planlarından əl çəkməli, onun bloklara qoşulmamaq və nüvə silahından azad statusunu tanımalıdır.

...Bu gün İsveçrənin Bürgenstok şəhərində Ukrayna üzrə sülh konfransı açılıb. Rusiya tərəfi,əvvəl də qeyd edildiyi kimi, sammitdə iştirak etmir.

...Və Moskvanın strateji tərəfdaşı Çin də İsveçrəyə getməkdən imtina edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə