Türkiyə NATO-dan çıxıb, BRİKS-ə qoşula bilər..?

ABŞ Türkiyənin NATO-dan çıxacağını proqnozlaşdırmışdı..?

Rusiya Avrasiyada yeni təhlükəsizlik sistemi yaratmaq planını həyata keçirərsə, Türkiyə NATO-dan çıxıb, BRİKS-ə qoşula bilər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə ABŞ-dan olan təqaüdçü Skott Ritter Youtube kanalına müsahibəsində danışıb.

...Düşünürəm ki, Türkiyə BRİKS-ə qoşulduqdan və Putinin müstəqil Avrasiya təhlükəsizlik sistemi qurulandan sonra türklər dərhal NATO-nu tərk edərək başqa istiqamətə gedəcəklər.

Bunu Ritter bildirib. O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “BRİKS-in gələcək” olduğunu başa düşdüyünü də gizlətməyib.

...Ritterin sözlərinə görə, assosiasiya “iş strukturunun əsaslı qurulması mərhələsindən keçir və Ankara mümkün qədər tez bu prosesin bir hissəsi olmaqdan faydalanacaq.

Ritter əlavə edib ki, NATO Ukraynadakı döyüşlərdən dəyən ziyana görə tənəzzüldədir. Onun sözlərinə görə, alyans “ölümcül yara alıb”.

Xatırladaq ki, iyunun 4-də Türkiyənin xarici işlər naziri Hakan Fidan, Ankaranın BRİKS-ə qoşulmaq istədiyini bildirib. O əlavə edib ki, Rusiyada keçiriləcək görüşdə assosiasiyaya daxil olan ölkələrin Xarici İşlər nazirliklərinin rəhbərləri ilə bu məsələni müzakirə edəcək.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə