...Sankt-Peterburqda Troiçesko körpüsündən Neva çayına düşən adamın köməyinə zövq yaxtasının ekipajı gəlib.

SİA- 78.ru-ya istinadən xəbər verir ki, hadisə ötən cümə axşamı, iyunun 14-də axşam saatlarında qeydə alınıb.

Belə ki, gəmidə üzən şəxslər batan şəxsi gəmiyə qaldıraraq sahilə çıxarıblar.

Şahidlərin sözlərinə görə, xilas edilən şəxs rus dilini bilmirmiş.

Təxminən 40 yaşlarında boğulan şəxsin əlində böyük bir bel çantası olub. Hazırda baş verənlərin bütün təfərrüatları müəyyənləşdirilir.

Qeyd olunur ki, yaxtanın ekipajı hadisə ilə bağlı polisə məlumat verib.

Yeri gəlmişkən, yayın əvvəlindən bəri Sankt-Peterburqda artıq 13 nəfər suda boğularaq ölüb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə