Türkiyə Putinlə Suriyadakı kürd “seçkilərini” müzakirə edib...

Türkiyənin xarici işlər naziri Hakan Fidan Moskvaya səfəri zamanı Rusiya prezidenti Vladimir Putinlə kürd qruplaşmalarının “seçkilər” keçirməyi planlaşdırdığı Suriyadakı vəziyyəti ətraflı müzakirə edib.

SİA-nın əldə etdiyi məlumata görə, RİA Novosti xəbər verir ki, bu barədə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan bildirib. …Xarici işlər nazirimiz Hakan Fidan Moskvaya səfər edib və cənab Putinlə bu mövzunu ətraflı müzakirə edib.

Bunu Ərdoğan bildirib.

Onun sözlərinə görə, Fidan Rusiyanın xarici işlər naziri Lavrovla da görüşüb.

Ərdoğan hesab edir ki, söhbət kürdlərin nəzarətində olan torpaqlarda keçirilən “seçkilərdən” yox, “terror qruplaşmasını legitimləşdirmək və terror dövləti yaratmaq məqsədi daşıyan oyunlardan” gedir.

Türkiyə prezidenti xəbərdarlıq edib ki, “burnumuzun dibində terror dövlətinin” yaradılmasına imkan verməyəcək.

Ankara “müvafiq bölmələri səfərbər etməyə” hazırdır. Ərdoğan əlavə edib ki, o, rəsmi Dəməşqin mövqeyindən əmindir və Suriya kürd qruplarının nəzarəti altında olan ərazilərdə “seçkilər” keçirməsinə imkan verməyəcək.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə