“NATO-nun yaxın gələcəkdə genişlənmək arzusu yoxdur...”

NATO-nun “açıq qapı” siyasəti hələ də qüvvədə qalır...

...NATO-ya üzv ölkələrin Şimali Atlantika Alyansını genişləndirmək arzusu yoxdur.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Pentaqonun rəhbəri Lloyd Ostin deyib.

ABŞ müdafiə naziri təşkilatın genişlənməsinin yaxın gələcəkdə baş verəcəyinə dair heç bir əlamət görmədiyini vurğulayıb.

Eyni zamanda, Ostin qeyd edib ki, NATO-nun “açıq qapı” siyasəti hələ də qüvvədə qalır.

Qeyd edək ki, onun sözlərini TASS sitat gətirir.

Yeri gəlmişkən, son bir ildə Alyansa daxil olan ölkələrin sayı artaraq 32-yə çatıb.

Finlandiya təşkilata 4 aprel 2023-cü ildə qoşulub. İsveçin qoşulması haqqında protokol isə 2024-cü il martın 7-də qüvvəyə minib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə