Mühafizəçilər Baydenin itindən “şikayətçidirlər”...

Mühafizəçilər Baydenin itindən “şikayətçidirlər”...

...Amerika prezidenti Cozef Baydenin mühafizəçilərinə hücumları ABŞ liderinin Komandir adlı alman iti həyata keçirib.

...Alman iti 2022-ci ilin oktyabrından 2023-cü ilin iyuluna qədər Ağ Evin ən azı 24 əməkdaşına hücum edib.

SİA-nın əldə etdiyi məlumata görə, bunu “Fox News” xəbər verir.

Hadisələrin Baydenin iti ilə gəzdirdiyi zaman baş verdiyi bildirilir.

Bundan belə nəticə çıxır ki, Amerika prezidenti hücumların hər birinin şahidi olub.

İşçilərdən biri bildirib ki, keçən payız it onu bir neçə dəfə dişləyib. Pencəyində bir neçə deşik açıb.

O da məlumdur ki, mühafizəçilər dəfələrlə itin ağzının bağlanmasını tələb ediblər. Prezident administrasiyası itin stresli vəziyyətdə olduğunu, həmişə sahibini qorumaq məcburiyyətində olduğunu bildirərək, “iş yerindəki xəsarətləri” inkar etməyə çalışıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə