Putinin sülh təklifindən sonra Kiyev rusları çox çətin bir gecə ilə hədələyib
Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı sülh təklifindən sonra rusları “çox çətin gecə” gözləyir.
Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya liderinin sözlərinə belə reaksiyasını Ali Radanın deputatı Maksim Bujanski öz Telegram kanalında proqnozlaşdırıb.
...Əgər Ukrayna prezidentini azacıq da olsa tanısam, rusları bu gün çox çətin gecə yaşayacaqlar.
Bunu Maksim Bujanski bildirib.
Qeyd edək ki, iyunun 14-də Putin Rusiya Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüş keçirib. Görüş çərçivəsində dövlət başçısı bəyan edib ki, Moskva Kiyevlə danışıqlar masası arxasına oturmağa “sabah belə” hazırdır.
O, bunun şərti kimi Ukrayna qoşunlarının Donbass və Novorossiyadan çıxarılmasını, habelə Kiyevin NATO-ya üzv olmaqdan imtinasını adlandırıb.
Bundan əlavə, Putin aydınlaşdırıb ki, Rusiyanın sülh təklifinin mahiyyəti Ukraynadakı münaqişəni dondurmaq deyil, onu tamamilə dayandırmaqdır. Lakin danışıqlara başlamaq üçün Kiyev Moskvanın bütün şərtləri ilə razılaşmalıdır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB