Makronun reytinqi ən aşağı səviyyəyə düşüb

Fransa Prezidenti Emmanuel Makronun reytinqi 2022-ci ilin yazında ikinci müddətə seçildikdən sonra ən aşağı səviyyəyə düşüb. SİA “Les Echos” qəzetinə istinadən xəbər verir ki, belə məlumatlar “Elabe” sosioloji xidmətinin araşdırmasında yer alıb.

Beləliklə, 2024-cü ilin iyununda Makronun reytinqi 24%-ə düşüb.

Nəşr xatırladıb ki, Makrona etimad səviyyəsi 2018-ci ilin dekabrında, onun prezident olduğu ilk dövrlərdə ən aşağı səviyyəyə - 23%-ə çatmışdı.

Öz növbəsində respondentlərin 29%-i Qabriel Attalın Baş nazir kimi fəaliyyətini bəyənir ki, bu da ötən ayla müqayisədə 4% azdır.

Bütün xəbərlər Facebook səhifəmizdə