“Əvvəldən nə idi hüsnü-camalı, indi oldu dəli Bayramalı..?”

“Ermənistanın KTMT-dən çıxması onun müdafiə qabiliyyətinə təsir edəcək..?”

...Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) mümkün çıxması blokun deyil, Ermənistanın müdafiə qabiliyyətinə təsir edəcək.

SİA-nın əldə etdiyi məlumata görə, bunu RİA Novosti-yə Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov deyib.

Bu, yalnız Ermənistanın müdafiə qabiliyyətinə təsir edəcək, başqa heç nə, təbii ki, bu qərar erməni tərəfinin ixtiyarındadır.

Xatırladaq ki, bir gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan KTMT-yə üzvlüklə bağlı danışarkən “...biz çıxacağıq. Nə vaxt çıxacağımıza qərar verəcəyik. Sizcə, növbəti addım nə olmalıdır?”-deyə bildirib.

...Yeri gəlmişkən, Nikol, Belarus prezidenti Aleksandr Lukaşenkonun sözlərinə belə reaksiya verib.

Xatırladaq ki, mayın 16-da Lukaşenkonun Azərbaycanın Dağlıq Qarabağdakı əməliyyatı “azadlıq müharibəsi” adlandırması erməni baş nazirin “şəstinə” dəyib.

...Qeyd edək ki, Ermənistan Xarici İşlər Nazirliyi Paşinyanın sözlərinin təşkilatdan çıxmaq niyyəti kimi şərhini səhv adlandırıb. Baş nazir öz növbəsində bildirib ki, Lukaşenkonun prezidenti olduğu müddətdə Ermənistanın bir dənə də olsun rəsmi nümayəndəsi Belarusa səfər etməyəcək. O, həmçinin erməni xalqı üçün “məqbul olan üzrxahlıq və izahat sözləri” tapmağı tələb edib.

İrəvan Minskdəki səfirini məsləhətləşmələr üçün geri çağırıb. ...Və Kreml KTMT-yə üzvlüklə bağlı İrəvanın mövqeyini aydınlaşdıracağına söz verib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva Ermənistanla tərəfdaşlıq və müttəfiqlik münasibətlərini davam etdirməyə ümid edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə