Burada yaşamaq artıq mümkünsüz olur..?

İslandiyanın çoxdan əziyyət çəkən Qrindavik şəhəri sakinlərinin ölkənin qalan hissəsi ilə əlaqəsi kəsilib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bütün bunlar 800 illik sükutdan sonra oyanan vulkana görədir. Belə ki, lava axınları sahilə aparan yeganə yolu məhv edir. Təcili yardım xidmətləri isti kütləni birtəhər yönləndirmək üçün torpaqdan çəpər düzəldilsə də, lakin bu kömək etmir.

Artıq fevral ayında lava axını şəhərdə bir neçə binanı yandırıb.

Çox güman ki, tezliklə bu yerdə yaşamaq mümkün olmayacaq: vulkan ətrafdakı hər şeyi, o cümlədən yerli məşhur kurortu məhv edəcək.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə